Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELBRUS türk.

mürəkkəb adların tərkibində işlənən el brus (buz/ bus/burs/brus) sözlərinin birləşməsindən yaranmış addır. Elbrus (bax: EL) kişi adı Qafqazın ən məşhur dağlarının birinin adındandır, oronimdir. Həm Qafqazda yaşayan xalqlar, millətlər, həm də başqa xalqlar müəyyən dövrlərdə bu dağa müxtəlif adlar vermişlər. Həmin adlar rəvayətlərdə, əfsanələrdə qorunub, günümüzə qədər gəlib çatmışdır. Mənbələrdə Elbrus adının Yalbuz®Yelbus®Elburs®Elbrus kimi formalaşdığı ehtimal olunur. Elbrus Böyük Qafqazın yan sıra dağlarının ən hündür zirvəsi olub, “yalı buz olan, yalı buz örtülü, buz örtülü” mənasındadır.

Azərbaycanlılar qədim dövrlərdə Elbrus dağını Yalbuz (buz dağı, buz yalı) adlandırmışlar. Hazırda İranın azərbaycanlılar yaşayan cənub hissəsində Yalbuz dağı mövcuddur. Farslar həmin dağın adını parıldayan, bərq vuran, işıldayan dağ kimi izah edirlər. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra), Azərbaycan Silahlı Qüvvələri artilleriyasının ilk təşkilatçılarından olmuş Elbrus Allahverdiyev (1953-1993) I Qarabağ müharibəsi zamanı Ağdamın Şelli kəndi uğrunda gedən ağır döyüşlərdə düşmənə qarşı son qanına qədər vuruşub qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti