alam sözünün dilimizdə bir neçə anlamı var: 1. Kainat, dünya; 2. Varlıq, mövcudat. 3. Xalq, cəmiyyət, el, insanlar. 4. Maraqlı olan, cazibəli, diqqətçəkən.
Məsələn, dilimizdə belə bir ifadə var: Görmamisan na alamdir! Yəni haqqında bəhs edilənin bir aləm olduğu – çox maraqlı, diqqətçəkən, cazibədar, düşündürücü, həddindən artıq gözəl olduğu anlamına gəlir. Aləm şəxs adı da sözün qeyd etdiyimiz dördüncü mənası ilə əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aləm həm də mürəkkəb kişi və qadın adlarının tərkibində çıxış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti