türk. qoçqar sözündəndir. Qoşqar qədim türk tayfalarından olan Qaşqarlar tayfasının adındandır.
Bir sıra lüğətlərdə Kiçik Qafqazda hündür dağ zirvəsinin – Qoşqar dağının adı ilə də əlaqələndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində Qoşqar həm də çay adıdır. Daşkəsən rayonu ərazisində Qoşqarçay yaz-yay, payız aylarında aşıb-daşan dağ çaylarındandır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dağ adlarından, eləcə də su hövzələrinin adlarından yaranmış kişi adları kifayət qədərdir. Lüğətlərdə Qoşqar da bu qəbildən olan kişi adları sırasına aid edilir. Oronim, həmçinin hidronim mənşəli ad olması ilə bağlı izahları da kənar etmək olmaz. Qoşqar adının tayfa adından olması daha inandırıcıdır. Adın məşhur daşıyıcılarından XX əsrin altmışıncı illərindən etibarən Azərbaycanda riyaziyyatın müxtəlif yeni sahələrinin (optimal idarəetmə nəzəriyyəsi, meyil edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilməsində xüsusi rolu olmuş Azərbaycan SSR EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) ölkəmizdə görkəmli alimlərdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti