yun. antiphrasis – sözün əks mənada işlənməsi
Məcazın növlərindən biri: kinayə, mübaliğə və s. məqsədlə anlayışın əksmənalı sözlə adlandırılması.
“Əclafın yaxşı səsi var!” cümləsində “əclaf” A.-dir. Digər nümunələr: “Əhsən, daha sənə sözüm yoxdur!”, “Ay zalım, gəl çıx da!” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiM.s. I–IV əsrlərdə yaranmış qədim yunan və Roma ədəbiyyatı janrı.
Yunanların özləri bu əsərləri “əməllər”, “hekayələr” və ya “kitablar” adlandırırdılar. İlk dəfə onlara A.R. termini 1670-ci ildə Pyer-Daniel Yue tərəfindən şamil edilib. Günümüzə qədər gəlib çıxmış 5 yunan romanı (Lonqun “Dafnis və Xloya”, Heliodorun “Efiopika” və s.) kanon təşkil edir. Şərti tarixi və rəvayət xarakteri daşıyan əsərlər (məs.: Makedoniyalı İsgəndər, Troya haqqında), habelə Qədim Roma ədəbiyyatı nümunələri olan “Metamorfozlar” (Apuley), “Satirikon” (Petroni) da roman adlandırılır. Müxtəlif janr xüsusiyyətlərinə malik olan bu əsərləri birləşdirən onların orta əsrlər və yeni dövr romanının genezisində oynadıqları roldur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. anti – əleyhinə + klimax – pilləkən
Üslubi fiqur: söz və ya söz birləşmələrinin semantik cəhətdən zəifləyən, azalan istiqamətdə düzülüşü.
Nağıllarda tez-tez rast gəlinən “9 ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyədən sonra” A.-a nümunədir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin ortalarında Qərb ədəbiyyatında yayılmış modernist nəsrin növlərindən biri; yeni roman, alternativ roman.
A. müəllifləri klassik realist roman ənənələrindən imtina edirdilər. Burada hadisələrdəki bütövlük itir, zaman anlayışı pozulur, əsərin qəhrəmanları adiləşir və daha çox söz oyununa yer verilir. İrlandiya yazıçısı Ceyms Coysun “Uliss” romanı A.-a nümunə ola bilər. İngilis yazarı Virciniya Vulf da “Xanım Deloy”, “Dalğalar” əsəri ilə bu ənənəni davam etdirənlərdəndir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. antistrophe – geriyə dönüş
Antik şeirdə eyni vəznlə yazılmış qoşa bəndlərdən ikincisi.
Daha çox yunan xor lirikasına xasdır. Bu cür şeirlər, adətən, triada (üçlük) adlanan hissələrdən ibarət olur. Triadalar vəzninə və qafiyəsinə görə fərqlənə bilər. Hər bir triada strofa, A. və epoddan (ayaqdan) ibarətdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. antiteton – qarşılaşdırma, müqayisə
Antitezanın növlərindən biri: eyni obyektin deyil, iki müxtəlif obyektin bir-birinə əks olan cəhətlərinin qarşılaşdırılması.
Nümunə:
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük. (B.Vahabzadə)
Bəzən ikinci qarşılaşdırılan birincinin nəticəsi kimi çıxış edir; məs.:
Gecə günəş batır ki...
Biz alışaq,
Biz yanaq.
Gecə günəş yatır ki,
Biz yuxudan oyanaq! (B.Vahabzadə)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. antonomazia > anomaze – adlandırıram, göstərirəm
1. Metonimiyanın növlərindən biri: müəyyən adı bildirən söz əvəzinə onun əlamətlərini, xüsusiyyətlərini bildirən söz və ifadələrin işlədilməsi.
Metonimiyadan fərqli olaraq A. xüsusi ismi, adı bildirir; məs.: Allah əvəzinə Yeri-göyü yaradan, Məhəmməd peyğəmbər əvəzinə Allahın rəsulu və s.
2. Şəxsin müəyyən əlamət və ya keyfiyyətini vurğulamaq məqsədilə onun hər hansı ədəbi qəhrəman və ya tarixi şəxsiyyətin adı ilə adlandırılması; məs.: xəsis əvəzinə Hacı Qara, fırıldaqçı əvəzinə Şeyx Nəsrullah və s.
Bu mənada A.-nı eponimdən fərqləndirmək lazımdır. Eponim xüsusi isimdən – addan yaranmış başqa bir isimdir – yeni leksik vahiddir. A.-da isə sözlərin transformasiyası baş vermir, yəni yeni söz yaranmır. Başqa sözlə, eponimdən fərqli olaraq A. metonimiyanın xüsusiyyətlərini özündə saxlayır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsanın (ilk insanın), xalqın mifik ulu əcdadının, ilk insan cütlüyünün və s.-nin yaranması haqqında miflər.
A.M. kosmoqonik miflərin tərkib hissəsi kimi çıxış edir. İnsanların (və ya antropomorfik məxluqların) demiurqlar tərəfindən ağacdan və ya gildən yaradılması haqqında əsatirlər geniş yayılıb.
See also:
yun. anthropos – insan + morphe – növ, forma
Şifahi və yazılı ədəbiyyatda insana xas keyfiyyətlərin digər canlı və cansız varlıqlara aid edilməsi, yaxud ilahi varlığın insan surətində təsviri.
A. ibtidai insan təfəkkürü, xüsusilə mifologiya üçün çox səciyyəvidir. Allahın insan surətində təsəvvür və təsviri də A.-in təzahürü idi. İslam aləmində Allahın insan simasında təcəssüm (təcəlla) etdiyini fəlsəfi cəhətdən əsaslandıran hürufilik təriqətində də A.-in izləri görünür. Azərbaycan ədəbiyyatında A.-ə nümunə olaraq İsmayıl Şıxlının xalq əfsanələri əsasında yaratdığı “Məni itirməyin”, “Zınqırovu kim asacaq”, “Sapı özümüzdən” hekayələrini göstərmək olar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. applicatio – yapışdırma
Nitqin ekspressivliyini artırmaq məqsədilə hər hansı məşhur ifadənin bir qədər dəyişdirilmiş formada işlədilməsi.
A. zamanı hər hansı frazeoloji birləşmə, məsəl, atalar sözü və ya aforizmin məzmunca dəyişməsi başqa məna çaları yaradır. Lakin yeni ifadənin orijinalla bağlılığı aydın görünür. M.Qorkiyə aid edilən “Sürünmək üçün yarananlar uça bilməzlər” aforizminin rumın yazıçısı V.Butulesku tərəfindən “Sürünmək üçün yarananlar heç vaxt büdrəməzlər” şəklində işlədilməsi A.-ya misal ola bilər. A.-ya bədii və publisistik mətnlərdə, eləcə də şifahi nitqdə rast gəlmək mümkündür. Məsələn, “Allahın şəriki yoxdur” cümləsinə “... şərikin də Allahı” ifadəsinin artırılması A. sayıla bilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. apotheosis – ilahiləşdirmə
Qədim yunanlarda hökmdarın və ya qəhrəmanın ilahiləşdirilməsi səhnəsi.
Teatr tamaşasında, adətən, xalq qəhrəmanını tərənnüm edən son təntənəli səhnə də A. adlanır. A. kütləvi-monumental xarakter daşıyır. S.Vurğunun “Vaqif” dramında Eldarın başçılığı ilə kütləvi səhnəni A. adlandırmaq olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti