Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

antonomaziya

yun. antonomazia > anomaze – adlandırıram, göstərirəm

1. Metonimiyanın növlərindən biri: müəyyən adı bildirən söz əvəzinə onun əlamətlərini, xüsusiyyətlərini bildirən söz və ifadələrin işlədilməsi.

Metonimiyadan fərqli olaraq A. xüsusi ismi, adı bildirir; məs.: Allah əvəzinə Yeri-göyü yaradan, Məhəmməd peyğəmbər əvəzinə Allahın rəsulu və s.

2. Şəxsin müəyyən əlamət və ya keyfiyyətini vurğulamaq məqsədilə onun hər hansı ədəbi qəhrəman və ya tarixi şəxsiyyətin adı ilə adlandırılması; məs.: xəsis əvəzinə Hacı Qara, fırıldaqçı əvəzinə Şeyx Nəsrullah və s.

Bu mənada A.-nı eponimdən fərqləndirmək lazımdır. Eponim xüsusi isimdən – addan yaranmış başqa bir isimdir – yeni leksik vahiddir. A.-da isə sözlərin transformasiyası baş vermir, yəni yeni söz yaranmır. Başqa sözlə, eponimdən fərqli olaraq A. metonimiyanın xüsusiyyətlərini özündə saxlayır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti