Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

evfemizm

yun. euphemismos – yaxşı danışıram

Hər hansı fikrin, anlayışın son dərəcə yumşaq və ya patetik bir tərzdə ifadəsi; həmin ifadənin özü; hüsni-təbir.

E. nəzakət baxımından cəmiyyətdə deyilməsi münasib olmayan, xoşagəlməz, kəskin və qaba sözlərin əvəzinə işlədilən daha xoşagəlimli, bəzən təmtəraqlı sözlərdir; məs.: “qocalıb” əvəzinə “birçəyi ağarıb”, “kar” əvəzinə “eşitmə qabiliyyətindən məhrum olmuş” və s. Bədii əsərlərdə obrazın nitqini səciyyələndirmək, onun kübar təbəqəyə məxsus olduğunu bildirmək üçün işlədilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti