Hər hansı bir addan – toponim, antroponim, ədəbi qəhrəman və s.-dən törəmiş ümumi və ya xüsusi isim.
Adətən, E.-lə onun mənşəyini təşkil edən ad arasında müəyyən tarixi məna yaxınlığı olur. Məsələn, “boykot” sözü XIX əsrdə yaşamış bir irlandın adından götürülüb; rəzil hərəkətlərinə görə elitar cəmiyyətdə insanlar ondan üz döndərmişdi. Bir çox terminlər müvafiq anlayışı elmə gətirmiş ixtiraçıların adları ilə bağlı olduğundan E. sayılır: hers, vatt, rentgen və s. Bəzən məşhur ədəbi qəhrəmanlar da rəmzləşərək ümumi ismə çevrilirlər. Məsələn, “sevgili aşnasının hesabına yaşayan oynaş” mənasını verən “alfons” sözü yazıçı A.Dümanın (oğul Düma) “Müsyö Alfons” əsərinin qəhrəmanının adından yaranıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti