Metonimiyanın bir növü: varlığın bir hissəsini və ya əlamətini bildirən sözün həmin varlığın adını əvəz etməsi.
Burada varlığın mahiyyətini əks etdirən, onun üçün rəmzi məna daşıyan hissə və ya əlamət nəzərdə tutulur. Novruz bayramında Keçəl və Kosa obrazlarının adları sinekdoxa əsasında yaranıb. Sinekdoxa ilə metonimiya kəskin fərqlənmir. “Azərbaycan” əvəzinə işlənən “Odlar yurdu” ifadəsi yalnız metonimiyadır, lakin “Rusiya dövləti” əvəzinə işlənən “Kreml” sözü metonimiya olmaqla yanaşı, həm də sinekdoxadır. Çoxluqdan birinin həmin çoxluğu adlandırması da sinekdoxa sayılır; məs.: “Dönməz geri Azərbaycan əsgəri” (Əli Kami).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti