Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məsəl

Mənşəyi müəyyən əhvalatla (rəvayət, lətifə və s. ilə) bağlı olan və ona bənzər situasiyanı səciyyələndirmək üçün işlədilən məşhur ifadə.

M. şifahi xalq yaradıcılığının kiçikhəcmli janrlarından sayılır. Söz birləşməsi (“birgünlük xəlifə”) və ya cümlə (“Bişmiş toyuğun gülməyi gəlir”) şəklində olur. M.-i atalar sözlərindən fərqləndirən əsas cəhətlər:

1) onun müdrik fikir ifadə etməməsi (yalnız situasiyanı səciyyələndirməsi),

2) məşhur əhvalatla bağlı olmasıdır.

Lakin bəzən M.-lə atalar sözləri arasında dəqiq sərhəd qoymaq çətin olur. Məsələn, “Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan” (Molla Nəsrəddin) və ya “El bir olsa, dağ oynadar yerindən” (A.Tufarqanlı) müdrik fikir ifadə etməsi baxımından atalar sözünə, etimologiya baxımından M.-ə aid edilə bilər. M.-də fikir tam, bitkin olmur, o, müstəqil işlənə bilmir. M. o vaxt effektli olur ki, səciyyələndirdiyi vəziyyət bağlı olduğu əhvalatla üst-üstə düşsün. Rəvayət və lətifələrlə yanaşı, bədii əsərlər və filmlərlə bağlı M.-lər də geniş yayılıb: “Heç hənanın yeridir” (Ü.Hacıbəyli), “Könüldən könülə yollar görünür” (S.Vurğun).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti