Dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, hakimiyyət orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların, habelə vətəndaş cəmiyyəti institutlarının iştirakı, ictimai rəyin nəzərə alınması.
İ.İ. qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri əsasında həyata keçirilir. İ.İ.-ın bir çox formalarının (ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi) təşkilində media həlledici rola malikdir.
Jurnalistika terminləri lüğətilat. focus – ocaq, od yandırılan yer
1. Optik sistemin baş oxuna paralel istiqamətdə düşən işıq şüalarının həmin sistemdən keçdikdən sonra cəmləşdiyi nöqtə.
Hər optik sistemin qabaq və arxa fokusu olur. Televiziyada və kinoda təsvirin keyfiyyətli alınması, ilk növbədə, dəqiq fokus nöqtəsi tapılmasından asılıdır.
2. Təsvirin aydın göründüyü yer, nöqtə; məs.: fokusa düşmək.
3. Əsas götürülən, daim diqqət mərkəzində saxlanılan mövzu, cəhət, məqsəd; məs.: mövzunu fokusda saxlamaq.
4. Mövzuya yanaşma tərzi, baxış bucağı; məs.: müəyyən fokusdan baxmaq.
Jurnalistika terminləri lüğətilat. focus – ocaq, od yandırılan yer + fr. groupe – nəyinsə cəmi
1. Müəyyən meyarlar əsasında seçilmiş insanlardan ibarət kiçik dəstədə keçirilən sosial-psixoloji tədqiqat, keyfiyyət araşdırması metodu.
F-Q. konkret mövzuya, yaxud problemə həsr olunmuş kollektiv müsahibə xarakteri daşıyır, moderator tərəfindən xüsusi ssenari üzrə idarə edilir. Bu tədqiqat metodundan marketinq araşdırmalarında, reklam kampaniyalarının təşkili və səmərəliliyinin öyrənilməsində, KİV materiallarına auditoriyanın reaksiyasının araşdırılmasında və s.-də geniş istifadə olunur. İlk F-Q.-lar 1944-cü ildə ABŞ-da sosioloq Robert Merton tərəfindən təşkil olunub və II Dünya müharibəsində təbliğatın effektivliyinin öyrənilməsinə xidmət edib.
2. Hər hansı məsələ barədə rəyi öyrənilmək, problemlərə münasibəti araşdırılmaq üçün müəyyən meyarlar əsasında seçilmiş respondentlər qrupu.
Belə qruplar həm eyni, həm də müxtəlif sosial təbəqələrə məxsus, adətən, bir-biri ilə tanış olmayan insanlardan, maksimum 10–12 nəfərdən ibarət yaradılır.
See also:
Jurnalistika terminləri lüğətiToplumda qəbul olunmuş davranış qaydalarını pozan şəxslərə qarşı ictimai etiraz forması, açıq şəkildə ifadə edilən tənqidi münasibət.
İ.Q. sosial münasibətlərin qanunların gücünə müraciət etmədən tənzimlənməsi vasitəsidir. Professional jurnalist təşkilatları peşə etikası prinsiplərini pozan həmkarlarına və KİV-ə, adətən, bu üsulla təsir göstərir, onları səhvlərini düzəltməyə məcbur edir, yaxud əxlaq normalarını və qanunları pozmaqdan çəkindirir.
See also:
Jurnalistika terminləri lüğətiCəmiyyətin sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi və dayanıqlı inkişafı, dövlət idarəçiliyində aşkarlığın təmin olunması ilə bağlı ayrı-ayrılıqda hər kəsin, bütövlükdə ictimaiyyətin bilgiləndirilməsini zəruri edən meyar.
Bu çox mürəkkəb, qanunlarda «ümumi maraqlar», «cəmiyyətin maraqları» şəklində ifadə olunan terminə insanların informasiya əldə etmək hüququ baxımından verilən tərifdir. Ümumi, yəni ictimai maraqların uzlaşdırılması və təmin edilməsi ictimai yayım xidmətinin fəaliyyət prinsiplərindən biridir. Azərbaycanın Konstitusiya Məhkəməsinin 2012-ci ildə verdiyi qərara görə, İ.M. demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir.
See also:
Jurnalistika terminləri lüğətiDövlət və cəmiyyət həyatının siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və başqa sahələrinə, ictimai təhlükəsizliyə, sağlamlığa və mənəviyyata, habelə dövlət orqanlarının və bələdiyyələrin, onların vəzifəli şəxslərinin, qulluqçularının, siyasi və ictimai xadimlərin fəaliyyətinə aid məlumatlar.
See also:
Jurnalistika terminləri lüğətiyun. phone – səs
1. Verilişlərdə və filmlərdə səhnələri, kadrları müşayiət edən musiqi, səs, səs effektləri; məs.: fon musiqisi.
2. Verilişlərdə və filmlərdə məna yükünə görə ikincidərəcəli plan, habelə əsas rol oynamayan, məsələn, sosial mühitə, tarixi şəraitə aid təsvirlər, hadisələr.
3. Verilişlərin, filmlərin nümayişi, radio və televiziya yayımı zamanı üzə çıxan, görüntülərin, səslərin aydın anlaşılmasına maneçilik yaradan kənar səslər, küylər, şüalar, dalğalar.
4. Akustikada: səsin yüksəklik səviyyəsi, desibellə üst-üstə düşən sistemdənkənar ölçü vahidi.
5. Rəsmin, şəklin, mətnin üzərində yerləşdiyi rəng, arxa plan.
6. Bir şeyin baş verdiyi şərait, ətraf mühitin vacib xüsusiyyəti; məs.: ətraf mühitin radiasiya fonu.
7. Sözlərə artırılaraq səsə, nitqə aidlik bildirən sonluq; məs.: maqnitofon, diktofon.
See also:
Jurnalistika terminləri lüğətiİctimai əhəmiyyətli qərarların qəbulu zamanı əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün təşkil olunan yığıncaqlar, yaxud media vasitəsilə həyata keçirilən digər tədbirlər.
Belə yığıncaq və tədbirlərdə dövlət, habelə yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər iştirak edir.
See also:
Jurnalistika terminləri lüğəti1. Dövlət orqanları, habelə müəssisə və təşkilatların fəaliyyəti üzərində sosial institutların davamlı müşahidəsi.
İ.N.-in məqsədi qanunlara və mövcud qaydalara əməl olunmasını, ictimai maraqların qorunmasını, dövlət idarəçiliyində və mühüm qərarların qəbulu prosesində cəmiyyətin iştirakını təmin etməkdir. İ.N. müxtəlif üsullarla, vasitələrlə (şəffaflıq, ictimai müzakirə və s.) həyata keçirilir. Bu sırada ən səmərəli vasitə rolunu tarixən media oynayır.
2. Bax: nəzarət funksiyası.
See also:
Jurnalistika terminləri lüğətiİctimai həyatda baş verən, insanların maraq və tələblərinə birbaşa təsir göstərən hadisə və proseslərə sosial qrupların münasibətini gizli, yaxud açıq şəkildə ifadə edən ictimai şüur forması.
İ.R.-də həyat hadisələrinə, hökumətin, partiyaların, təsisatların, o cümlədən media orqanlarının fəaliyyətinə, ictimai çəkisi olan ayrı-ayrı şəxslərə insanların gerçək müna-sibəti öz əksini tapır. Buna görə də adları çəkilən qurumlar və şəxslər müxtəlif üsullarla İ.R.-i öyrənməyə, formalaşdırmağa, yönəltməyə, ona təsir göstərməyə çalışırlar.
See also: