Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

plüralizm

lat. pluralis – çoxlu

1. Müxtəlif etnik, irqi, dini, sosial qruplardan ibarət, bu qrupların öz iqtisadi, siyasi, mədəni xüsu­siyyətlərini qoruyub saxlamaqla birgə in­kişaf etdikləri cəmiyyətin quruluş prinsipi. 

2. Hər hansı məsələdə, problemə yanaş­mada fərqli baxışların mövcudluğu, fikir müxtəlifliyi və onların ortaya çıxa­rılması imkanı. 

3. Kütləvi informasiya va­sitələrindən cəmiyyətdə mövcud olan müx­təlifliyi, hər hansı məsələdə, problemə yanaşmada fərqli baxışları əks etdirməyi tələb edən fəaliyyət prinsipi.

P. Azər­baycanda teleradio fəaliyyətinin qanunla təsbit olunmuş əsas prinsiplərindən biri, ölkə jurna­list­lərinin peşə davranışı qaydalarının birinci prinsipinin (həqiqətə xidmət, dəqiqlik və obyektivlik) tərkib his­səsidir. Çox vaxt mü­əyyən ərazidə müxtəlif ictimai-siyasi yö­nümlü KİV-in olması orada ­­P.-in təza­hürü kimi qiymətləndirilir. La­­kin mediada P. fərq­li baxışların paralel ­müs­­­­­­təvilərdə deyil, eyni müstəvidə – eyni KİV-də əks etdirilməsi tələbi irəli sürən prin­sipdir. 

4. Hər bir re­allığın onu təşkil edən müxtəlifliklərin cəmindən yaranması və son nəticədə tə­biətdə bir neçə paralel reallığın möv­cud­luğu haqqında nə­zəriyyə.

Jurnalistika terminləri lüğəti