Siyasi, elmi, nəzəri, bədii, texniki və s. bilikləri, ideyaları kütlələr içərisində yaymaq məqsədilə həyata keçirilən davamlı fəaliyyət.
Bəzən jurnalistika ilə qarışdırılan, onun əsas funksiyalarından biri hesab edilən T., əslində, kütlələrə təsir etmək, onları yönəltmək, hansısa siyasətə və ya ideologiyaya inandırmaq, müəyyən dünyagörüşü formalaşdırmaq üsuludur. Siyasi, yaxud ideoloji T.-ın özəyini həqiqət axtarışı deyil, müəyyən partiya və ya qrupun baxışlar sistemi təşkil edir.
See also:
Jurnalistika terminləri lüğəti