Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai rəy

İctimai həyatda baş verən, in­sanların maraq və tələblərinə birbaşa təsir göstərən hadisə və proseslərə sosial qrup­ların münasibətini gizli, yaxud açıq şəkildə ifadə edən ictimai şüur forması.

İ.R.-də həyat hadisələrinə, hökumətin, partiya­ların, təsisatların, o cümlədən me­dia or­qanlarının fəaliyyətinə, ictimai çəkisi olan ayrı-ayrı şəxslərə in­sanların gerçək müna-sibəti öz əksini tapır. Buna görə də adları çəkilən qurumlar və şəxslər müxtəlif üsul­larla ­­İ.R.-i öyrənməyə, forma­laş­dır­mağa, yönəlt­məyə, ona təsir göstərməyə çalı­şır­lar.

See also:

Jurnalistika terminləri lüğəti