Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fokus-qrup

lat. focus – ocaq, od yandırılan yer + fr. groupe – nəyinsə cəmi

1. Müəyyən meyarlar əsasında seçilmiş insanlardan ­iba­rət kiçik dəstədə keçirilən sosial-psi­xoloji tədqiqat, keyfiyyət araş­dırması me­todu.

F-Q. konkret mövzuya, yaxud prob­­lemə həsr olunmuş kollektiv müsahibə xarakteri daşıyır, moderator tə­rəfindən xüsusi ssenari üzrə idarə edilir. Bu tədqiqat metodundan marketinq araş­dır­malarında, reklam kam­paniyala­rı­nın təş­kili və səmə­rə­liliyinin öyrənil­mə­sində, KİV mate­riallarına auditoriyanın reaksiyasının araş­dırıl­masın­da və s.-də geniş istifadə olu­nur. İlk F-Q.-lar 1944-cü ildə ABŞ-da sosio­loq Robert Merton tərəfindən təşkil olunub və II Dün­ya müha­ri­bəsində təbliğatın effektivliyinin öyrə­nil­məsinə xidmət edib.

2. Hər hansı mə­sələ barədə rəyi öyrə­nil­mək, problemlərə mü­nasibəti araş­dırılmaq üçün müəyyən meyarlar əsasın­da seçilmiş respondentlər qrupu.

Belə qrup­­lar həm eyni, həm də müxtəlif sosial təbəqələrə məxsus, ­a­də­tən, bir-biri ilə tanış olmayan insanlardan, maksimum 10–12 nəfərdən ibarət yaradılır.

See also:

Jurnalistika terminləri lüğəti