1. İnformasiya sahibindən fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə açıqlığını, kommunikativlik və cəmiyyət qarşısında hesabatlılıq tələb edən keyfiyyət.
2. Kütləvi informasiya vasitələrinin təsisçiləri və maliyyə mənbələri ilə əlaqədar məlumatların ictimaiyyət üçün açıq olmasını tələb edən beynəlxalq prinsip, qanun norması.
Avropa Şurasının qərar və tövsiyələrində üzv-dövlətlərin üzərinə KİV-in Ş.-ını təmin etmək öhdəliyi qoyulur. Bir çox ölkələrdə bu sahədə xüsusi qaydalar, bəzi dövlətlərdə (məs.: Ukraynada) ayrıca qanunlar mövcuddur. Azərbaycan qanunvericiliyində ictimai yayımçının iqtisadi fəaliyyətinin Ş.-ını təmin etmək məqsədilə yoxlamalar keçirmək və onların nəticələrinin dərc etmək nəzərdə tutulur.
3. Üzərində foto, videokadr həkk olunmuş maddi daşıyıcının (lentin, şüşənin) işıqkeçirmə qabiliyyəti.
Jurnalistika terminləri lüğəti