Televiziya və radio studiyasında kənar küy.
S.F.-nun dərəcəsi belə küylərin səviyyəsi ilə ölçülür. Onlar müxtəlif səbəblərdən – kənar səs effektlərinin studiyaya döşəmədən, tavandan və divarlardan keçməsi, binanın konstruksiyalarının vibrasiyası, havalandırma sisteminin uğultusu və s. nəticəsində yaranır. İstənilən halda verilişin keyfiyyətli alınması üçün S.F.-nun səviyyəsi yolverilən həddi keçməməlidir. Buna aparat-studiya bloklarının düzgün planlaşdırılması, studiyanın xüsusi səskeçirməyən materiallarla döşənməsi və s. üsullarla nail olunur.
Jurnalistika terminləri lüğəti