Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

parodiya

yun. parodia – mahnının əksi

Komik effekt yaratmaq məqsədilə yazılmış təqlidi əsər; kinayәli nəzirə.

İlk P. nümunәlәri hәlә antik yunan әdәbiyyatında yaradılıb. Qәhrәmanlıq dastanlarına yazılmış “Siçanlarla qurbağaların müharibәsi” P.-sını misal göstərmək olar. P. hәm nәsr, hәm dә nəzmlə yazıla, yumoristik (dostyana, zarafatcıl) və ya satirik ola bilər. Lakin istənilən halda P.-da ilkin əsərə və onun müəllifinə tənqidi münasibət özünü göstərir. Satirik P.-da bu münasibət daha kəskin olur: müəllif öz P.-sında ilkin əsərin ideya-bədii xüsusiyyətlərindəki qüsurları qabartmaqla onu tənqid atəşinə tutur. P.-da komizm yaratmağın müxtəlif yolları mövcuddur: ilkin əsərin mövzu və məzmununa uyğun olmayan üslubun seçilməsi, şişirtmə (hiperbolizasiya) – əsər qəhrəmanının müəyyən xüsusiyyətlərinin ifrat dərəcəyə yüksəldilməsi. P. әdәbi әsәrlәrin müәyyәn bir xüsusiyyәtinә, mövzusuna, ideya mәzmununa, üslubuna, qәhrәmanlarına, kompozisiyasına, dilinә qarşı da çevrilə bilәr. P.-da konteksti dəyişdirməklə ilkin əsərdən gələn bəzi xüsusiyyətlərin gülünc hala salınması da mümkündür.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paronomaziya

yun. paronomasia – adı çəkilənin xaricində

Üslubi fiqur: paronimlərin bir cümlə daxilində işlənərək kalambur kimi səslənməsi.

P.-nı binar fiqur adlandırırlar, çünki burada hər iki paronim iştirak edir; məsələn:

Tədric ilə gəldilər cahanə,

Təcrid ilə qıldılar rəvanə. (M.Füzuli)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

parselyasiya

fr. parcelle > lat. particular – hissəcik

Üslubi fiqur: vahid sintaktik strukturun – cümlənin intonasiya və mənaca bir neçə müstəqil nitq vahidinə bölünməsi.

Bu zaman cümlədə predikativlik pozulur, ifadə olunan fikir bir neçə sintaqma və ya adlıq cümləyə ayrılır; məsələn: Ancaq ölənə qədər həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Üç qızı. Eyni qohumlar. İş yoldaşları, qonşular. Eyni söhbətlər, zarafatlar, qayğılar, təlaşlar... (Anar).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paskvil

alm. pasquill, ital. pasquillo

Hər hansı şəxsi, partiyanı, hərəkatı rüsvay etmək məqsədilə yazılmış böhtan və iftira xarakterli əsər.

P. termini yüksəkrütbəli mənsəb sahiblərinə kəskin epiqramlar yazmış romalı başmaqçı Pasquinonun (XV əsr) adından götürülüb. XVI әsrdә Romada yarısı qırılmış qədim heykәllәrdәn birinә onun adı verilmişdi. Həmin dövrdə günün əhvalatları satirik şeir şəklində yazılır və bu heykәlin pyedestalına yapışdırılırdı. P. mahiyyәt etibarilә tәhqiramiz həcvlәrә yaxındır. Müəyyən xüsusiyyətlərinə görə pamfletə oxşayır, lakin tənqidi ruhu və üslubu baxımından onun daha ifrat formasıdır; burada tənqid çox zaman təhqirə keçir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pauza

Nitq, danışıq zamanı verilən fasilə.

P. sözlərin, ifadələrin, cümlələrin bir-birindən ayrılmasına və daha aydın qavranılmasına xidmət edən vasitədir. Ritorikada dinləyicilərin diqqətini cəlb etmək, onlara daha güclü təsir göstərmək üsullarından biridir. Nəzm əsərlərində daha böyük əhəmiyyətə malikdir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

Peqas

lat. Pegasus – qaynayan bulaq, su axını

Mifoloji obraz: yunan mifologiyasında Meduza və Poseydondan törəmiş qanadlı at.

Doğulması ilə bağlı müxtəlif versiyalar vardır:

1) Persey Meduzanın başını kəsərkən sonuncunun qarnından çıxıb;

2) Meduzanın torpağa düşmüş qanından törəyib.

P.-ın ayağının zərbindən şairləri ilhamlandıran İpokren çeşməsi fəvvarə vurmağa başlayıb. “Peqasa minmək” şair olmaq deməkdir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

perifraz

yun. peri – ətrafında + phraso – danışıram

Məcazın növlərindən biri: varlığın və ya hadisənin adının onun mahiyyətini əks etdirən başqa təsvir və ifadə ilə əvəz olunması.

Neft əvəzinə “qara qızıl”, pambıq əvəzinə “ağ qızıl” ifadələrinin işlədilməsi də P.-dır. P. çox zaman metaforun bir növü kimi qəbul edilir, çünki hər ikisinin mahiyyəti bədii köçürmə ilə bağlıdır. Lakin P.-ı fərqləndirən cəhət adın təsvirlə əvəz olunmasıdır: Azərbaycan – “Odlar yurdu”; Gəncə – “Nizami diyarı”.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti