Cansız varlıqların və heyvanların insan dili ilə danışdırılması; alleqoriya.
Şəxsləndirməyə təşxis, cansızların danışdırılmasına isə intaq deyilir. Ədəbiyyatın müxtəlif janrlarında T. və İ. üsulundan istifadə edilir. Bu cür əsərlər alleqorik əsərlər kimi tanınır. Məsələn, təmsillər T. və İ. üzərində qurulur. Ədəbiyyatımızda T. və İ.-dan ilk dəfə ən mükəmməl şəkildə istifadə edən sənətkar M.Füzuli olub (“Söhbətül-əsmar”, “Səhhət və Mərəz” və s.).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti