Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epiqram

yun. epigramma – yazı

1. Hər hansı şəxsi və ya ictimai-siyasi hadisəni gülüş hədəfinə çevirən yığcam, yaddaqalan satirik şeir, həcv.

Şərq ədəbiyyatındakı taziyanə janrına oxşayır. Dünya ədəbiyyatında klassik E. müəllifi kimi Roma satirik şairi Martialis göstərilir. Hötenin “Venesiya epiqramları”, R.Börns, Russo və Puşkinin E.-ları da bu janrın ən gözəl nümunələri sayılır.

2. Qədim yunanlarda abidələr, binalar, hədiyyələr və s. üzərində həkk olunan xatirə yazısı; epitafiya.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti