yun. pathos – hiss, emosiya
Nitqdə fikir və informasiyadan daha çox, duyğuların yüksək emosionallıqla ifadəsi; patetika.
Ritorik kateqoriya kimi bu termin elmə ilk dəfə Aristotel tərəfindən gətirilib. Yunan aliminin şərhinə görə, P. elə bir üsuldur ki, onun vasitəsilə müəllif (və ya natiq) oxucuda (auditoriyada) müvafiq duyğular, emosional reaksiya yaradır. Sonralar filosoflar estetikada P.-un müxtəlif növlərini qeyd ediblər: qəhrəmanlıq P.-u, faciə P.-u, sentimentallıq P.-u, romantik P. və s. Oda, qəsidə, faciə kimi janrlarda P.-a daha çox müraciət olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti