Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bukolika

lat. bucolica – çoban mahnıları

Çobanların həyatından bəhs edən antik şeir janrı, çoban poeziyası.

Qədim yunan şairi Feokritin (M.ö. III əsr) yaradıcılığında daha çox rast gəlinir. B.-da çoban həyatı ilə yanaşı, təbiət gözəllikləri və kənd həyatının füsunkarlığı tərənnüm olunur. B. janrına daha yaxın şeir janrı Avropada geniş yayılmış ekloqa janrıdır. Bukolik şeirlərə Qərbi Avropa ədəbiyyatında ən çox Vergili və Bokkaççonun yaradıcılığında, XVIII–XIX əsrlərin rus poeziyasında isə A.Sumarokov, V.Jukovski, A.Delviq və b.-nın yaradıcılığında rast gəlinir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti