yun. eidyllion – kiçik obraz, səhnə, şəkil
Bukolik poeziya janrı; kənd əhalisinin təbiət qoynunda asudə və sakit həyatını təsvir edən kiçik poetik əsər.
Qədim Yunanıstanda saray şeirinin bir növü kimi meydana çıxıb. Yunan şairi Feokritin (M.ö. III əsr) İ.-ları məlumdur. Bu şeirlər lirik monoloq, dialoq və s. şəkillərdə yazılıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti