Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

trilogiya

Üç müstəqil əsərdən (hissədən) ibarət roman.

T.-ya daxil olan əsərlər məzmunca bitkin, müstəqil olsa da, mövzu baxımından bir-biri ilə əlaqəlidir. Yazıçının çatdırmaq istədiyi ideya hər üç əsərdə, demək olar ki, üst-üstə düşür və bu ideyanın daşıyıcıları, əsasən, eyni qəhrəmanlar olur. Ədəbiyyatımızda M.S.Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər” və “Dünya dəyişir” romanları, Ə.Cəfərzadənin “Eldən-elə”, “Aləmdə səsim var mənim” və “Vətənə qayıt” romanları birlikdə T. təşkil edir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti