Aşıq poeziyasında hər bəndi dörd misradan, hər misrası 15-16 hecadan ibarət şeir şəkli.
Divani vəzn etibarilə aşıq şeirinin ən ağır şəklidir. Daha çox 5-6 bənddən ibarət olur. Qafiyə şəkli a.a.b.a, c.c.c.a, d.d.d.a ... kimidir. Adətən, coşqun, təntənəli, döyüşkən ruhda olur. Divanilərdə misralar ifa olunduqları musiqi havasının tələbinə əsasən iki yerə bölünərək oxunur. Bu zaman dördmisralıq şeir şəkli olan divani səkkizmisralı şəkil alır; məsələn:
Ey varı yoxdan yaradan, / bizi gözdən eyləmə,
Kölgəni sal üstümüzdən, / çoxdan-azdan eyləmə.
Könül istər haqdan yaza, / aydın elə yolları,
Axıcılıq ver dilimə, / şirin sözdən eyləmə.
***
Heyran qalıb Aşıq Qurban /təbiətin işindən,
Yay, yazından, hər günündən, /payızından, qışından,
Varlığını duyur ürək /torpağından, daşından,
Yaxşıları qoy yaşasın, /yaşın yüzdən eyləmə.
(Aşıq Qurban Pirvəli)
Divaninin əvvəl-axır, cığalı, dodaqdəyməz, cinaslı və s. növləri vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQafiyə quruluşu və misraların sayı baxımından müxəmməsə oxşayan divani şeir şəkli.
Divani-müxəmməs bənddəki misraların sayından və qafiyə sistemindən başqa, divaninin bütün xüsusiyyətlərini özündə saxlayır. Belə ki, bəndlərin sayı 5-6, hər misrada hecaların sayı 15-16 olur. Birinci bənd müxəmməsdə olduğu kimi a.a.a.a.a, sonrakı bəndlər b.b.b.b.a və s. şəklində qafiyələnir. Divani-müxəmməsdə həm lirik duyğular, həm də sosial-ictimai motivlər öz əksini tapa bilir:
Ey könül, qəm çəkmə kim, dildartək canan gəlib,
Dur ayağa, et təvazö, huriyi-qılman gəlib,
Saçı sünbül, xalı filfil, telləri reyhan gəlib,
Bülbüli-divanədur, gül açılıb, gülşad gəlib.
Ağlama, ey gözlərim, sirri-dili-pünhan gəlib...
***
...Bir cavan, tutizəban, qamətkəman, qönçədəhan,
Mumyan, qəmzəsi qan, qürbi-cahan, bir novcavan,
Can alan, qanlar salan, gülü reyhan, bir tazacan,
Nüktədən, könül sıxan, eylər bəyan, sərvi-rəvan,
Ey Qurban, etmə fəğan, axtardığın insan gəlib. (M.Qurban)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklorda, klassik və müasir şeirimizdə bəndi dörd misradan ibarət olan birbəndli və çoxbəndli poetik forma.
Dördlük folklor ədəbiyyatında işlənməyə başlayıb. Qoşma, gəraylı, təcnis, bayatı, varsağı, divani şeir şəkilləri dördlüyə daxildir. Yazılı ədəbiyyatda işlənən dördlüklər, əsasən, mürəbbe, rübai, tuyuq, taziyanə və başqalarıdır. Dördlük birbəndli və çoxbəndli olur. Əsasən, 3, 5 bənddən ibarət olan dördlüklər (qoşma, gəraylı, təcnis, mürəbbe, divani və s.) çoxbəndli dördlüklər hesab olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAhəng qanununa uyğun olaraq dörd cür yazılan leksik (sözdüzəldici) və qrammatik (sözdəyişdirici) şəkilçilər.
Nümunə: -lı4 (-lı, -li, -lu, -lü); -lıq4 (-lıq, -lik, -luq, -lük); -dı4 (-dı, -di, -du, -dü); -ın4 (-ın, -in, -un, -ün): yağ-lı, gül-lük, al-dı, vur-du, al-ın, vur-un və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQanunvericiliklə ölkə miqyasında digər dillərlə müqayisədə daha yüksək hüquqi statusa malik olan rəsmi ünsiyyət dili.
Hər bir ölkədə müxtəlif millətlərin nümayəndələri yaşaya bilər. Dövlət dili, adətən, çoxluq təşkil edən xalqın dili olur və siyasi, sosial, mədəni sahədə əsas ünsiyyət vasitəsi sayılaraq dövlətin simvolu hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. dram – hərəkət
1) Bədii ədəbiyyatın üç əsas növündən biri: obrazların monoloq və dialoqları şəklində yazılmış bədii əsər.
Bu ədəbi növə daxil olan əsərlər, adətən, pyes adlanır. Dram janrında yazılmış əsərin mətnində obrazların danışığından əlavə, müəllif remarkaları da yer alır. Remarkalarda hadisələrin baş verdiyi yer, obrazların səhnədə hərəkəti və s. təsvir olunur. Dramın başlıca xüsusiyyəti onun səhnədə tamaşaya qoyulmaq üçün yazılmasıdır. Dramın ilk nümunələri antik dövrdə yaradılıb. Azərbaycan, eləcə də Yaxın Şərq ədəbiyyatında ilk dram nümunəsi M.F.Axundzadənin 1850-ci ildə yazdığı “Hekayəti-molla İbrahimxəlil kimyagər” əsəridir.
2) Dram ədəbi növünə aid janrlardan biri.
Müstəqil janr kimi dram (meşşan dramı) XVIII əsrin II yarısında Fransa və Almaniyada yaranıb. Dramın əsas xüsusiyyəti xarakterlər arasındakı dramatik münasibətlərin inikasıdır. Komediyadan fərqli olaraq bu münasibətlər gülüş obyekti deyil, ciddi kolliziya yaradır. Lakin faciədən fərqli olaraq dramda insanlar arasındakı münasibətlərdən yaranan konflikt həll oluna biləndir. Azərbaycan ədəbiyyatında dram janrına ilk dəfə N.Nərimanov (“Nadanlıq”, “Şamdan bəy”) müraciət edib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDram növündə yazılmış əsərlərin məcmusu; dram yaradıcılığı.
Dünya ədəbiyyatında dramaturgiyanın ilk nümunələri antik dövrdə Sofokl, Evripid, Aristofan və b. tərəfindən yaradılıb. Azərbaycan dramaturgiyasının yaranması M.F.Axundzadənin adı ilə bağlıdır. Daha sonra N.Vəzirov, Ә.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyli, H.Cavid, C.Cabbarlı və b.-nın dramaturgiyamızda əvəzsiz xidmətləri olub. Dramaturgiya teatr sənətinin inkişafı üçün əsas material mənbəyidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq yaradıcılığında xoşbəxtlik, xeyir, uğur, qələbə arzusu ifadə edən obrazlı mətnlər.
Poetik parçalar, nəsrlə ifadə edilmiş deyimlər şəklində olur. Duada bədii ifadə vasitələrindən – məcaz və üslubi fiqurlardan geniş istifadə edilir. “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqudun dilindən çoxlu dualar verilib; məs.: “Kölgəlicə qaba ağacın kəsilməsin”, “Haqq yandıran çırağın yana dursun”, “Ağsaqqallı baban yeri uçmağ olsun” və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti