fr. vaudeville < voix de ville – xalqın səsi < val de Vire – Vir dərəsi
Həcmcə böyük olmayan, kuplet və rəqslərlə müşayiət olunan məzəli komik pyes.
Vodevil əvvəllər Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnıları kimi meydana çıxıb. XV-XVI əsrlərdə Normandiyada, sonra isə Parisdə yarmarka tamaşaları zamanı ifa olunan nəqəratlı kiçik mahnılara – kupletlərə vodevil deyilib. XX əsrin əvvəllərində Azərbaycan səhnəsində S.M.Qənizadə, Mirzağa Əliyev və başqalarının vodevilləri tamaşaya qoyulub. N.Vәzirovun “Qarınqulu” adlı vodevilinin mәzmunu çox yediyi üçün nəfәs ala bilmәyәn bir adamın gülünc vәziyyәtini tәsvir etmәkdәn ibarәtdir. A.P.Çexovun birpәrdәli mәzəli pyeslәrindәn “Yubiley”, “Toy”, “Ayı” vodevilin yaxşı nümunәlәrindәndir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti