Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

faciə

Bədii ədəbiyyatın dram növünün janrlarından biri: qəhrəmanların faciəvi kolliziyası üzərində qurulan əsər; tragediya.

F.-də qəhrəmanın daxili aləmindəki ziddiyyətlər, xarakterin (fərdin) ətraf aləmlə konflikti bütün kəskinliyi ilə əks olunur. Belə əsərlər, adətən, baş qəhrəmanın ölümü ilə sona çatır. Yüksək patetika və ziddiyyətlərin əks olunduğu monoloqlarla səciyyələnən F.-lərin əksəriyyəti şeirlə yazılıb. F.-nin ilk nümunələrini qədim yunan dramaturqları Esxil və Sofokl yaradıblar. Azərbaycan yazılı ədəbiyyatında ilk F. N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, ilk mənzum F. H.Cavidin “Ana”, ilk tarixi F. isə N.Nərimanovun “Nadir şah” əsəridir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti