yun. lyricos – liranın müşayiəti ilə ifa olunan
Bədii ədəbiyyatın üç əsas növündən biri: qəhrəmanın duyğu və əhvali-ruhiyyəsinin əks olunduğu əsərlər.
Şərqdə (həmçinin Azərbaycanda) lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da lira kimi simli musiqi alətinin adıdır. Lirik əsərlər epik və dramatik əsərlərdən bədii dərketmənin obyekti və üsulu baxımından fərqlənir. Lirika insanın hiss-həyəcanlarının, fikir və arzularının ifadəsidir. Lirikada hadisə nəql olunmur, hadisədən doğan əhvali-ruhiyyə, vəziyyət, yaxud münasibət ifadə olunur. Burada da sevinc və ya kədər, məhəbbət və ya nifrət, iftixar və ya peşmançılıq, ümid, yaxud çarəsizlik kimi motivlər üstünlük təşkil edir. Lirik əsərlərdə aparıcı yeri emosiya və tərənnüm tutur. Lirika ani və güclü ehtirasların məhsuludur. Məhz buna görə lirik əsərlər həcm baxımından böyük olmur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti