Bədii əsərdə iki və ya daha artıq adamın söhbəti, mükalimə.
D.-dan həm şifahi, həm də yazılı ədəbiyyatda istifadə olunur. D. dram əsərlərində mətnin əsasını təşkil edir. Bununla yanaşı, uşaq folkloru nümunələrində, habelə sual-cavab, mükalimə üsulu ilə qurulan şeirlərdə də D.-lara tez-tez rast gəlmək mümkündür:
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var... (H.Cavid)
Ədəbiyyatımızda dramaturji D.-un ilk nümunəsini M.F.Axundzadə, lirik dialoqun ilk nümunəsini H.Cavid, satirik D.-un ilk nümunəsini isə M.Ə.Sabir yaradıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti