Əsasən, təcnis və müxəmməs tərkibində istifadə olunan, qafiyə və heca sisteminə görə fərqlənən şeir parçası, bənd.
Təcnis və müxəmməsin ana bəndləri ilə müqayisədə C.-nın ritmi daha oynaq olur. C. bəndlər çox zaman bayatı şəklində verilir; məsələn:
Ay Mikayıl, açılıbdı lala, bax,
Bad əsəndə nə çalxanır, lala bax.
Mən aşiqəm, lala bax,
Dili dönməz, – lala bax,
Bir əlində qızılgül,
Bir əlində lala, bax!
Məni görcək necə döndü lala, bax,
Dönüb bəy ilqarım tərsinə gedər. (M.Azaflı)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti