Qrammatik cəhətdən biri müstəqil, digəri isə ondan asılı, ona tabe olan cümlələrdən təşkil olunmuş mürəkkəb cümlə.
Tabeli mürəkkəb cümlənin komponentləri arasında birtərəfli asılılıq vardır. Bu cümlələrin komponentləri (baş və budaq cümlələr) arasında aşağıdakı əlaqə vasitələri işlədilir: tabelilik bağlayıcıları (ki, çünki, ona görə ki, indi ki, bir halda ki, onun üçün ki, elə ki, onda ki, o vaxt ki, belə ki, madam ki və s.); bağlayıcı sözlər (kim, nə, hər kim, hər kəs, hər nə, necə, nə cür, neçə, haçan, hara, hansı, nə qədər və s.), ədatlar (isə (-sa2), -sa da (-sə də), -sa belə (-sə belə), -mı4) və intonasiya. Tabeli mürəkkəb cümlənin tabe olan komponentinə budaq cümlə, tabeedici komponentinə baş cümlə deyilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlənin tərəflərini qrammatik cəhətdən əlaqələndirən bağlayıcılar.
“Baş cümlə + budaq cümlə” quruluşlu tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün tabelilik bağlayıcılarından istifadə edilir. Tabelilik bağlayıcılarının dörd məna növü var: aydınlaşdırma bağlayıcıları, səbəb bağlayıcıları, güzəşt bağlayıcıları, şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSöz birləşməsi və tabeli mürəkkəb cümlənin tərkib hissələri arasındakı sintaktik əlaqə.
Tabelilik əlaqəsində tərəflərdən biri digərinin tələbi ilə müəyyən qrammatik formada işlənir: yolun kənarı, daşı atanda və s. Tabelilik əlaqəsinin üç növü var: uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİki və daha artıq bərabərhüquqlu müstəqil cümlədən düzələn mürəkkəb cümlə.
Tabesiz mürəkkəb cümlənin komponentləri intonasiya və tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir; məs.: Cənubi Azərbaycanda Milli hökumət bərqərar olmuşdu, hər yerdə Azərbaycan dilində yazılmış lövhələr vurulmuşdu (intonasiya). Hacı Zeynalabdin Musa Nağıyevə oğlunun adını əbədiləşdirməyi məsləhət gördü və beləliklə, Bakının mərkəzində İsmailiyyə binasının əsası qoyuldu (tabesizlik bağlayıcısı). Bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müxtəlif məna əlaqələri mövcuddur. Həmin məna əlaqələri bunlardır: 1) zaman məna əlaqəsi; 2) ardıcıllıq məna əlaqəsi; 3) səbəb-nəticə məna əlaqəsi; 4) aydınlaşdırma məna əlaqəsi; 5) qarşılaşdırma məna əlaqəsi; 6) bölüşdürmə məna əlaqəsi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün istifadə olunan bağlayıcılar.
Tabesizlik bağlayıcılarının 6 məna növü var: birləşdirmə bağlayıcıları, qarşılaşdırma bağlayıcıları, iştirak bağlayıcıları, inkar bağlayıcıları, bölüşdürmə bağlayıcıları, aydınlaşdırma bağlayıcıları. Birləşdirmə, iştirak və inkar bağlayıcıları, əsasən, zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəmcins üzvlər və tabesiz mürəkkəb cümlənin komponentləri arasında olan sintaktik əlaqə növü.
Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur. Məsələn, “Selcan və İnci mehriban və səmimi bacıdırlar” cümləsində Selcan və İnci həmcins mübtədaları, mehriban və səmimi həmcins təyinləri − biri o birinə tabe olmadan, aydınlaşdırmadan sintaktik əlaqəyə girmişlər. Tabesizlik əlaqəsi olan tərəflər ya yalnız intonasiya, ya da intonasiya və tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir: Dağı, dərəni yorulmadan qaçırdıq (intonasiya). Qocalar və cavanlar rəqs edirdilər (bağlayıcı).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşya, obyekt bildirən, ismin adlıq və yiyəlik hallarından başqa qalan hallarda işlənən ikincidərəcəli cümlə üzvü.
Tamamlıqlar quruluşca sadə və mürəkkəb olur. Sadə tamamlıqlar nitq hissələri ilə (sözlərlə) ifadə olunur: Sənin üçün su alımmı? Vətən məni çağırır. Mürəkkəb tamamlıqlar II və III növ təyini söz birləşmələri, mürəkkəb adlar, məsdər və feili sifət tərkibləri ilə ifadə olunur: Onun evə qayıdacağını heç bilmirdi. İradəsinə zidd getməyi xoşlamırdı. Tamamlıqlar iki cür olur: vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Təsirlik halla ifadə olunan tamamlıqlar vasitəsiz, digərləri isə vasitəli tamamlıqlardır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş tamamlığın yerində işlənə bilən budaq cümlə.
Tamamlıq budaq cümləsi kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl və ya sonra gələ bilər. Baş cümlədən sonra gələndə əlaqə vasitəsi intonasiya və ki tabelilik bağlayıcısı olur: Deyirlər (nəyi?), şirin yuxu gözəl nemətdir. Onu da yaxşı bilirəm ki (nəyi?), torpaqlarımızı gec-tez geri qaytaracağıq. Ki ədatı ilə işlənən kim, kimi, kimə bağlayıcı sözlərin əlaqə vasitəsi olduğu cümlələrdə budaq cümlə baş cümlədən əvvəl gəlir: Kimə ki inanmışdıq, hamısı özünü doğrultdu.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklor janrlarından biri: hәr hansı bir әşya vә ya hadisә haqqında sual kimi təqdim olunan metaforik təsvir; bilməcə.
Tapmacalar çox zaman nəzmlə olur, lakin burada vəzn və qafiyənin sərt tələblərinə sərbəst yanaşılır. Bu janrın əsas xüsusiyyəti əşya və ya hadisənin əlamətləri haqqında mücərrəd analogiya, məcaz vasitəsilə məlumat verilməsidir. Bu üsulla dinləyicinin assosiativ təfəkkürü, zehni qabiliyyəti yoxlanmış olur; məsələn:
Tap tapı,
Dəmir qapı,
On iki yarpaq,
İki budaq. (saat)
Tapmacalar lakonikliyi ilә seçilir. Onlar formasına görə hәm tək misra, hәm qafiyәlәnmiş beyt, hәm dә bayatı şәklindә olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTarixi hadisə və şəxsiyyətlәrdən bəhs edən bədii әsәr.
Tarixi əsərlər müxtəlif növ və janrlarda ola bilər; mәsәlәn, H.Cavidin “Xəyyam” dramı, M.S.Ordubadinin “Dumanlı Tәbriz” romanı, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi, M.Y.Lermontovun “Borodino” şeiri vә s. Bu cür hadisələrdə tarixi faktlar və bədii şərtilik sintez olunur. Belə ki, tarixi əsərlərdə yazıçının təxəyyülündən asılı olaraq müəyyən faktlar təhrif oluna bilər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSüjetinin əsasında tarixi hadisə(lər) duran roman.
Tarixi romanda tarixi fakt bədii təxəyyüllə sintez olunur, əsas hadisələr tarixi fonda verilir, baş qəhrəman tarixi hadisələrin əsas iştirakçısı kimi çıxış edir. Bu janrın rüşeymlərinə antik ədəbiyyatda: Makedoniyalı İsgəndər və Troya müharibəsi haqqında bədii əsərlərdə rast gəlmək mümkündür. Bununla belə, ədəbiyyat tarixində ilk tarixi roman müəllifi şotland yazıçısı Valter Skott (XIX əsr) sayılır. Onun “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard” əsərləri bu janrın ilk nümunələri hesab edilir. Azərbaycan ədəbiyyatında M.S.Ordubadi (“Qılınc və qələm”), Y.V.Çəmənzəminli (“Qızlar bulağı”) ilk tarixi roman müəllifləridir. XX əsr ədəbiyyatında S.Rəhimov, M.İbrahimov, İ.Şıxlı, A.Makulu, Ə.Cəfərzadə, F.Kərimzadə, C.Bərgüşad və b. tarixi romanları ilə yadda qalıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii strukturu tarixi təhkiyə, elmi bioqrafiya və bədii sənədliliklə səciyyələnən ədəbi janr.
Bu janr ədəbiyyatşünaslıqda çoxlu mübahisələr doğurub. Janrın dəqiq elmi izahının mürəkkəbliyi araşdırma obyektinin özü – insan şəxsiyyəti, onun bioqrafiyası ilə bağlıdır. Bu janrın ən görkəmli nümayəndələri L.Feyxtvanger və A.Moruadır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti4-6 misradan ibarәt satirik şeir janrı; həcv, epiqram.
Azәrbaycan әdәbiyyatında әn yaddaqalan taziyanələri M.Ə.Sabir yaradıb. Onun şeirlәrindә dövrün eybəcərlikləri kinayə ilə tənqid olunub:
Axşam olcaq uçeniklәr hәrә bir madmazelin,
Keçirib qol-qoluna küçәdә cövlan ediyor.
Sonyalar bunları tәdris edəcәkmiş, әcәba,
Uçitellәr dәxi mәktәbdә nә meydan ediyor?
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. tele – uzaq + gramma – yazı
Bu və ya digər məlumatı təcili şəkildə uzaq məsafəyə çatdırmaq üçün istifadə olunan əməli yazı növü.
Teleqram mətni, adətən, qısa olur və burada məlumatın mahiyyəti əks olunur. Teleqram uzaq məsafəyə teleqraf aparatı ilə ötürülür. Müasir dövrdə internet geniş yayıldıqdan sonra bu yazı növünə müraciət xeyli azalıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti