Tabesizlik bağlayıcılarının mənaca növlərindən biri: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, özü də, həmçinin, eləcə də, nəinki.
Bu bağlayıcılar həmcins üzvlər, söz birləşməsinin tərkibindəki sözlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək iştirak məzmunu yaradır; məs.: Direktor həm şagirdləri, həm də valideynləri otağına dəvət etdi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti