Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tamamlıq

Əşya, obyekt bildirən, ismin adlıq və yiyəlik hal­larından başqa qalan hallarda işlənən ikincidərəcəli cümlə üzvü.

Tamamlıqlar quruluşca sadə və mürəkkəb olur. Sadə tamamlıqlar nitq hissələri ilə (sözlərlə) ifadə olunur: Sənin üçün su alımmı? Vətən məni çağırır. Mürəkkəb tamamlıqlar  II və III növ təyini söz birləşmələri, mürəkkəb adlar, məsdər və feili sifət tərkibləri ilə ifadə olunur: Onun evə qayıdacağını heç bilmirdi. İradəsinə zidd getməyi xoşlamırdı. Tamamlıqlar iki cür olur: vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Təsirlik halla ifadə olunan tamamlıqlar vasitəsiz, digərləri isə vasitəli ta­mam­lıqlardır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti