Əsas tərəfin tələbinə görə asılı sözün adlıq haldan çıxaraq bu və ya digər hallara düşməsi.
İdarə əlaqəsində I tərəf asılı, II tərəf əsas tərəf olur. İdarə əlaqəsinin formal göstəriciləri hal şəkilçiləridir, yəni asılı tərəf hal şəkilçili olur; məs.: Kitabı oxudum. İşdən qayıdanda. Əlinin qələmi. Sonuncu nümunədə I tərəfdə yiyəlik, II tərəfdə mənsubiyyət şəkilçisi olduğuna görə III növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi olur. Uzlaşma əlaqəsinə görə I tərəf əsas, II tərəf asılı, idarə əlaqəsinə görə II tərəf əsas, I tərəf asılı olur. Əlaqənin növünə görə əsas və asılı tərəflər yerini dəyişmiş olur; məs.: mənim ← işim (uzlaşma); mənim → işim (idarə).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti