Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

uzlaşma əlaqəsi

Asılı tərəfin əsas tərəfə şəxsə, kəmiyyətə və mənsubiyyətə görə uyğunlaşması.

Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında (məs.: Onlar gəldilər.), həm də II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında (məs.: kitab üzü, kitabın üzü) olur. Mübtəda ilə xəbər arasında şəxsə və kəmiyyətə görə, II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında isə mənsubiyyətə və kəmiyyətə görə uz­laşma olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti