Qrammatik cəhətdən biri müstəqil, digəri isə ondan asılı, ona tabe olan cümlələrdən təşkil olunmuş mürəkkəb cümlə.
Tabeli mürəkkəb cümlənin komponentləri arasında birtərəfli asılılıq vardır. Bu cümlələrin komponentləri (baş və budaq cümlələr) arasında aşağıdakı əlaqə vasitələri işlədilir: tabelilik bağlayıcıları (ki, çünki, ona görə ki, indi ki, bir halda ki, onun üçün ki, elə ki, onda ki, o vaxt ki, belə ki, madam ki və s.); bağlayıcı sözlər (kim, nə, hər kim, hər kəs, hər nə, necə, nə cür, neçə, haçan, hara, hansı, nə qədər və s.), ədatlar (isə (-sa2), -sa da (-sə də), -sa belə (-sə belə), -mı4) və intonasiya. Tabeli mürəkkəb cümlənin tabe olan komponentinə budaq cümlə, tabeedici komponentinə baş cümlə deyilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti