Mətbuat orqanında xüsusi ayrılmış sütunda davamlı olaraq verilən mühakimə xarakterli yazı.
Belə yazılarda, əsasən, gündəmdə olan mövzulara toxunulur. Köşə yazıları, əsasən, esse xarakterli olur. Sırf informasiya xarakterli yazılardan fərqli olaraq burada müəllif toxunduğu problemə və ya fakta öz münasibətini bildirir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnşaat, tikinti işləri ilə bağlı oxunan əmək nəğmələri.
K., əsasən, bənnalar tərəfindən oxunur və daha çox bu peşə ustaları arasında geniş yayılıb:
– Ver, babam, kərpic!
– Al, babam, kərpic!
– Durma, ver kərpic!
– Verdim, al kərpic!
“K.” sözünü təkcə kərpic atmaq, tullamaq kimi izah etmək düzgün olmazdı. Belə ki, el arasında mahnı oхumağa “qəzəl atmaq” da deyilir. Buradakı “atmaq” sözü oхumaq mənasını da verir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKommunikasiyanın texniki imkanları vasitəsilə retranslyasiya edilən roman.
Hipertekst, audioroman və kinoromanları K.R. hesab etmək olar. Bu əsərlər texniki kommunikasiya vasitələrinin retranslyasiya xüsusiyyətlərini nəzərə alır. K.R.-larda verbal və qeyri-verbal təhkiyə informasiya ötürülməsi üsulları ilə uyğunlaşır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXX əsrin əvvəlində modernist incəsənəti və ədəbiyyatında estetik istiqamət.
Fransada I Dünya müharibəsi ərəfəsində (1908-ci il) impressionizmə cavab olaraq meydana gəlib, 1930-cu illərə qədər davam edib. İncəsənətdə ən parlaq nümayəndələri Sezan və Pikasso olub. Əsas prinsipi obyektiv aləmi həndəsi fiqurların vasitəsilə əks etdirmək idi. K.-in ədəbiyyatda təzahür forması şeiri formaca həndəsi fiqurlara oxşatmaq, lirizmdən uzaqlaşaraq texniki leksikadan istifadə etmək idi. Bununla belə, K. ədəbiyyatda geniş yayılmadı. Maks Jakob, Jan Kosteau kimi K. nümayəndələrinin adını çəkmək olar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDüz və bucaqlı cizgilər formasında olan qədim ərəb yazısı, kalliqrafiya üslubu.
Bu xəttin adı İraqın indiki Kufə şəhəri ilə bağlıdır. K.X. əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşib. K.X.-nin 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. “Qurani-Kərim”in ilk nüsxələri də məhz K.X. ilə yazılıb. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbində bu xətt növləri daha çox müşahidə olunur. Möminə xatun türbəsinin giriş qapısında K.X. ilə yazılar verilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. courtois – nəzakətli
Orta əsrlərdə Avropa saray ədəbiyyatında cəngavərlik mövzusunda yazılmış epik əsərlər məcmusu.
K.Ə. XI əsrin sonlarında Fransanın cənubunda – Provansda yaranıb, Fransada və Almaniyada geniş yayılıb, daha sonra İngiltərə, İtaliya və başqa Avropa ölkələrinə keçib. K.Ə. Fransada trubadurlar və truverlər, Almaniyada minnezingerlər tərəfindən yaradılmış məhəbbət lirikası və cəngavərlik romanları ilə təmsil olunub. Bu ədəbiyyat əsgəri rəşadəti və qadına məhəbbəti tərənnüm edir, cəngavər şərəfi rituallarını əks etdirir, klerikal ədəbiyyata və sxolastikaya qarşı dururdu. Bu əsərlər ədəbiyyatı yeni şeir formaları (kansona, alba, sirventa, tensona, pastorela), müxtəlif poetik ölçülər və qafiyələrlə zənginləşdirib. Kral Artur, Tristan və İzolda haqqında yaranmış bir çox əsərlər K.Ə.-ın nümunələrindəndir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTrubadur poeziyasının leytmotivini təşkil edən məhəbbət konsepsiyası.
K.M. konsepsiyasının əsasında trubadurun Gözəl Xanıma sitayişi, saf, ideal məhəbbəti durur. Trubadur poeziyasında K.M.-in obyekti olan Gözəl Xanım kifayət qədər konkret obrazdır. O, trubadura nisbətən daha yüksək sosial təbəqəyə mənsubdur və onun əri var. Bu iki cəhət trubadur şairi mənəvi iztirablara düçar edir. Lakin onun məhəbbəti ülvidir; lirik qəhrəman bu məhəbbətində sanki mənəvi cəhətdən yüksəlir. Adətən, bu motiv qəhrəmanın qadına ürəyini açması ilə bağlı tərəddüdlərlə başlayır və Gözəl Xanımın trubadura ərməğan etdiyi ilk və son öpüşü ilə bitir. Bəzi Qərb ədəbiyyatşünaslarının fikrincə, ideal məhəbbət kultu trubadur poeziyasına ərəb lirikasından gəlib və K.M.-lə sufilikdəki məhəbbət konsepsiyası arasında bir bağlılıq var. XI əsr ərəb-ispan şairi İbn Həzm ideal məhəbbət fəlsəfəsinə ayrıca bir traktat da həsr edib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLüğət korpusunun yaradılması və onun əsasında araşdırmaların aparılması ilə məşğul olan dilçilik şöbəsi.
Termin 1960-cı illərdə yaranmışdır. Sonradan kompüter və informasiya texnologiyalarının inkişafı ilə K.L. dilçilikdə əsas araşdırma metoduna çevrilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir sözün əsas (leksik) mənasından əlavə, emosional məna bildirməsi; sözün insanda yaratdığı əlavə hiss, təsəvvür.
Konnotasiya anlayışı denotasiya (sözün ifadə etdiyi müstəqim leksik məna) ilə antonimdir. Sözün konnotativ təsiri mədəni kontekstlə sıx bağlıdır. Məsələn it (heyvan) sözünün Azərbaycan dilində həm pozitiv (sədaqət), həm də neqativ (təhqir) konnotasiyası var.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti