Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəkil

Dram əsərində pərdənin ayrıca dekorasiya tələb edən bir hissəsi; epizod, səhnə, vaqiə.

Dramatik əsərlərin səhnə­ləşdirilməsi zamanı hadisələrin baş verdiyi müxtəlif məkanları göstərmək üçün tərtib edilir. Hər bir pərdənin daxilində bir neçə şəkil ola bilər. Məsələn, S.Vurğunun “Vaqif” pyesində 5 pərdə, 11 şəkil vardır. Səhnə dəyişikliyinin az vaxt aparması üçün şəkillər özüdönən və ya hərəkət edən mexanizmlər üzərində qurulur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti