Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pәrdә

Dram әsәrlәrindә vә tamaşalarda әsәrin məzmunca bitkin hissəsi.

Pərdənin sayı sərbəstdir. Hər bir pərdədə süjeti təşkil edən hadisələrdən biri göstərilir. Adətən, pərdələr bir-birindən məkan, zaman və obrazlar etibarilə fərqlənir. Bədii əsərin pərdələri birləşib pyesin vahid süjet xəttini müəyyənləşdirir.  Əksər hallarda hər bir pərdənin əvvəlində remarka da verilir. M.F.Axundzadə komediyalarında “pərdə” sözü əvəzinə məclis işlətmişdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti