Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alba

provans. alba – sübh

Orta əsrlərdə trubadur poeziyasının janrlarından biri.

A.-nın əsas mövzusunu senyorun (ağanın) arvadı ilə cəngavərin görüşü təşkil edir. Bu şeirlərdə eyni situasiya təkrar olunur: gizli görüş bağda, ya da qəsrin yuxarı mərtəbəsindəki hücrədə keçir və keşikçinin səhərin açılmasını xəbər verməsi ilə bitir. Cəngavərin sadiq dostu isə qəsrin kənarında atların keşiyini çəkir, sevgililəri yaranan təhlükələrdən (məs.: ərin qayıtmasından) xəbərdar edir. A. daha çox dialoqlar üzərində qurulurdu.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti