provan. pastorela – çoban qız haqqında nəğmə
Roman kurtuaz lirikasının xarakterik janrlarından biri.
P.-nın süjet xəttini kəndli qızının şair-cəngavərlə mübahisəsi təşkil edir. Cəngavər şirin sözlərlə qızı yoldan çıxarmağa çalışır. Bundan sonra P. iki süjet xətti ilə inkişaf edə bilər:
1) cəngavər istəyinə nail olduqdan sonra aldadılmış qızı ataraq gedir;
2) qız özünü müdafiə edir, buna gücü çatmadıqda isə köməyə sevgilisini və ya kəndliləri çağırır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti