Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

trubadurlar

XI–XIII əsrlərdə Fransada lirik şeirlәr qoşub onları çalğı alәtinin müşayiәti ilә ifa edәn şair-müğәnnilər.

T.-ın lirikası Fransanın cәnubunda, Oksitaniya ərazisində meydana çıxmış, İtaliya və İspaniyada geniş yayılmışdı. “Trubadur” sözünün də oksitan dilindəki “trobar” (söz qoşmaq, kəşf etmək) sözündən yarandığı güman edilir. T.-ın əksəriyyəti aristokrat təbəqəyə məxsus olub. Onların arasında cəngavərlər, sənətkarlar var idi. Zəngin T. digər həmkarlarına yardım edir, öz saraylarını söz-sənət ocağına çevirirdilər. Trubadur şairlər poeziyada rәngarәng vәzn vә formalardan istifadә edir, xalq mahnılarını mətn və musiqi baxımından yenidәn işlәyirdilәr. Trubadur poeziyasının əsasında məhəbbət lirikası durur. T. özlərinin “kurtuaz məhəbbət” deyilən ülvi sevgi konsepsiyalarını yaratmışdılar. Müasir dövrə dörd yüzә qәdәr trubadur şairin 2500-dən çox əsəri gəlib çatıb. Trubadur poeziyası zəminində truverlərin, minnezingerlərin lirikası yaranmışdır. Bu poeziya Dante, Petrarka kimi şairlərin yaradıcılığına böyük təsir göstərib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti