Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

truver

fr. trouver – təsvir etmək, söz qoşmaq

XII–XIII əsrlərdə Fransada məhəbbət və cəngavərlik mövzusunda yazıb-yaratmış şair-müğənnilər.

Fransanın cənubunda, İtaliya və İspaniyada provansal dilində yazıb-yaratmış trubadurlardan fərqli olaraq T.-lər Fransanın şimalında yaşayır və qədim fransız dilində yazırdılar. T. poeziyası kurtuaz ədəbiyyatın bir qolu hesab edilir. Onlar lirik şeirlər, epik əsərlər və pyeslər yazmış, fransız ədəbiyyatının inkişafında böyük rol oynamışlar. T.-lərin yaradıcılıq irsindən nəinki poetik mətnlər, eləcə də notlar şəklində yazılmış bir çox musiqi əsərləri bu günümüzə qədər gəlib çatıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti