Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

məsul redaktor

1. Mətbu nəşrə rəh­bərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs.

2. Teleradio təş­ki­latında verilişlərin (proqramların) ya­yımına icazə verən vəzifəli şəxs.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

məsuliyyətdən azad edilmə

Fərdin, yaxud kollektivin öz vəzifələrini yerinə ­ye­­­­tirməməsinə, qanundankənar hərə­­kətlərinin mənfi nəticələrinə görə ­ca­­vab­­­dehliyinin onların üzərindən gö­türülməsi.

Azərbaycan qanunve­ricili­yinə ­əsa­sən, həqiqətəuyğun olmayan məlu­­matların yayılmasını görə redaksiya, məsul redaktorjurnalist bəzi hallarda məsuliyyətdən azad edilir. Buraya həmin mə­lumatların rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayıldığı, informasiya agentliklərindən və ya digər mətbuat xidmətlərindən alındığı, başqa kütləvi informasiya vasitəsindən götürüldüyü və təkzib olunmadığı, Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, ha­belə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edil­diyi, canlı yayımla efirə gedən çıxışlarda səsləndirildiyi, yaxud qanuna müvafiq su­rətdə redaktə edilməli olmayan mətn­lərdə verildiyi hallar daxildir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

məsuliyyətə cəlb edilmə

Hüquq nor­malarının, etik prinsiplərin, daxili əsas­namələrin pozulmasında təqsirli olan fərdlərə, kollektivlərə qarşı cəza təd­bir­lərinin görülməsi.

Jurnalistlər bu norma, prinsip və əsasnamələrin tələblərinə əməl etmədikdə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə, yaxud jurnalist təş­kilatları, redaksiyalar tərəfindən mənəvi məsuliyyətə cəlb olunurlar. Qanun­veri­cili­yə görə, KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının, məsul redak­torlarının, ya­yıcılarının və jurnalistlərin qanuni fəa­liy­yə­tinə senzura qoymaq, peşə müstəqilliyini pozmaq, tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə, yaxud məhv et­mək, habelə media əmək­daşlarının digər hüquqlarını pozmaq kimi əməl­lər mülki, inzibati və cinayət məsu­liyyətinə səbəb ola bilər.

Jurnalistika terminləri lüğəti

mətbəə

Çap məhsulları (kitab, qəzet, ­jurnal, məcmuə və s.) istehsal edən poliqrafiya müəssisəsi, çapxana.

Jurnalistika terminləri lüğəti

mətbu nəşr

Çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə ən azı on iki dəfə çıxan qəzet və ildə azı iki dəfə çap olunan jurnal, bülleten, digər nəşrlər.

Jurnalistika terminləri lüğəti

mətbuat

ər. – sıxma, basma

Çap kütləvi informasiya vasitələrinin məcmusu.

Mət­buat deyəndə, əsasən, qəzetlər, jur­nallar, digər dövri nəşr­lər nəzərdə tutulur. Bir çox hallarda  elektron nəşrlər də M.-a aid edilir. Misal: «Mətbuatın tərifi və xü­su­siyyətləri haqqında demək olar ki, mət­buat ümumi məsə­lələrin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ­ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da ­yoxdur» (M.Ə.Rə­sul­zadə).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mətbuat azadlığı indeksi

Dünya ölkə­lərində, ayrı-ayrı bölgələrdə mətbuat azadlığının səviyyəsini əks etdirən siyahı, hesabat. □ İndeks tərtib edilərkən hər bir ölkədə mətbuat azadlığının səviyyəsi eyni göstəricilər üzrə yerli mənbələrdən alınmış məlumatlara əsasən qiymətləndirilir. «Sər­hədsiz reportyorlar», Freedom House  kimi beynəlxalq təşkilatlar bütün dünyada, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu kimi regional qurumlar isə ayrı-ayrı böl­gə­lər üzrə M.A.İ. hazırlayır, siyahıya salınmış ölkələrdə mətbuat azadlığının səviyyəsinin müqayisəli təhlilini aparır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mətbuat azadlığından sui-istifadə

Mətbuat azadlığının verdiyi hüquq və im­kanlardan peşə prinsiplərini pozmaq, qanu­nun tələblərindən kənara çıxmaq,
ci­nayət əməli törətmək üçün istifadə.

M.A.S-İ.-yə yol verən şəxs buna görə məsuliyyətə cəlb edilə bilər. Azərbaycan qanunvericiliyi kütləvi informasiya vasitələrindən aşa­ğıdakı məqsədlərlə istifadəni M.A.S-İ. kimi qiymətləndirir və bunu ­qa­dağan edir: qanunla qorunan sirləri ­yay­­maq; mövcud konstitusiyalı dövlət ­qu­ru­luşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə qəsd et­məyə çağırmaq; mü­haribəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək; mötəbər mənbə adı altında vətən­daşların şərəfləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap et­dir­mək; böhtan atmaq, yaxud digər qanu­nazidd əməllər törətmək.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mətbuat evi

1. Mətbuat konfransları, müəllif gecələri, görüşlər, media işçilərinin iştirakı ilə bu kimi tədbirlər keçirmək üçün nəzərdə tutulmuş jurnalist mərkəzi.

2. Bəzi ölkələrdə kütləvi informasiya vasitələri redaksiyalarının, müxbir məntəqələrinin, həmçinin böyük mətbəənin yerləşdiyi bina, komp­leks.

Misal: «Bu gün Qroznıda yaraq­lıların 20 gün əvvəl yandırdıqları Mətbuat evinin tən­tənəli açılış mərasimi oldu: burada bütün respublika qəzetlərinin redak­si­yaları, fe­deral kanalların və informasiya agentliklərinin müxbir məntəqələri yer­ləşir» (RBK kanalı).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mətbuat xidməti

Təşkilatın, müəssisənin tərkibində informasiyanın toplanması, ­məlumatların hazırlanması və ötürülməsi ilə məşğul olan çevik bölmə, struktur va­hidi.

M.X. təmsil etdiyi qurumlarla KİV arasında əlaqələndirici rol oynayır. Onun əsas vəzifələri təmsilçisi olduğu qurumun fəa­liyyəti haqqında dəqiq, dolğun və ope­rativ məlumatların KİV tərəfindən geniş yayıl­masını təmin etmək, habelə akkreditədən keçmiş jurnalistlərə lazımi iş şəraiti ya­rat­maqdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mətbuat xülasəsi

1. Dövri nəşrlərdə dərc olunmuş mühüm materialların mə­z­mun və mahiyyəti barədə qısa məlumat. ­

2. Tele­­viziya və radio kanallarında ta­maşaçı və din­ləyici auditoriyasına qəzet­lərin gündəmə çıxardığı əsas məsələlər barədə qısa məlumat vermək üçün kiçik veriliş, yaxud verilişin bir bölməsi.

Adətən, M.X. üçün materiallar onların hansısa bir, yaxud bir neçə xüsusiyyətini əsas götürməklə seçilir; məsələn: televi­ziya verilişlərində qəzet­lərin manşet­lərinə diqqət yetirilir; kommersiya təşkilatlarında M.X.-nə məhz bu təşkilat və bazarda onun rəqibləri haq­qında materiallardan çıxa­rış­lar salınır və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti