Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

akkreditə

lat. accreder – etibar etmək

Giriş üçün müəyyən məhdudiyyətlər qo­yulmuş tədbirlərdə iştirak etmək, belə ­əra­zilərə daxil olmaq üçün media nü­ma­yəndələrinə verilən icazə.

Belə icazə jur­nalistlərə birdəfəlik (məsələn, sammit, kon­­­qres, sərgi zamanı), yaxud uzun müd­dətə (məsələn, parlament iclasları və ­id­man yarışlarına) verilə bilər. Dövlət or­qanları, digər təşkilatlar A. olunmuş jur­nalistə öz ic­lasları və müşavirələri və s. barədə qa­baq­cadan mə­lumat verir (qa­palı tədbirlər istisna olmaqla), onun stenoqramlarla, proto­kollarla, başqa sənədlərlə tanış ol­ması üçün şərait yaradır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti