Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mətbuat azadlığı

Vətəndaşların sərbəst şəkildə, dövlətin senzurası olmadan is­tənilən kütləvi informasiya vasitəsi təsis etmək, istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı.

M.A. vətəndaşların konstitusiya ilə təsbit edilmiş ən qədim özəl hüquqlarından biri, fikir və söz azadlığının tərkib hissəsidir. O, ilk dəfə 1789-cu ildə Fransada “İnsan və vətəndaş haqları deklarasiyası”nda elan olunub. Yeni kons­titusiyalarda, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında və bey­nəlxalq sənədlərdə M.A. anlayışı, əsasən, «məlumat azadlığı», «informasiya azadlığı» şəklində ifadə olunur.

See also:

Jurnalistika terminləri lüğəti