Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mötəbər mənbə

1. Mötəbər informasiyanın götürüldüyü yer.

Dövlət or­qan­larının sənədləri (qərarlar, hesabatlar, ­qanunlar və s.), mətbuat xidmətlərinin press-relizləri M.M.-lərə misal ola bilər. 

2. İnformasiyanın alındığı inanılmış, yoxla­nılmış, etibarlı şəxs və ya təşkilat.

Bəzən informasiya mənbəyi məlumatı özünün kimliyini gizli saxlamaq şərti ilə verir. Belədə media həmin məlumatı yayarkən, əsasən, M.M.-yə (etibarlı mənbəyə) istinad edir. Bu isə sensasiyaya meyilli bəzi KİV üçün sui-istifadələrə yol açır. Qanun­veri­ciliyə görə, M.M. adı altında vətəndaşların şərəfləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə KİV-dən istifadə olunması qadağandır. Bunun qarşısını almaq üçün peşə etikası kodekslərində də  müvafiq qaydalar müəy­yənləşdirilir.

Jurnalistika terminləri lüğəti