Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

senzura

lat. censor < censere – qiymət­ləndirmək, nəzərdən keçirmək

Fikir və ideyaların yayılması, informasiyanın əldə olunması, istifadə edilməsi və ötürülməsi, çap məhsullarının, teleradio verilişlərinin, kino əsərlərinin, bədii sənət nümu­nə­lə­rinin məzmunu və yayımı üzərində nə­zarət sistemi.

S. rəsmi (açıq) və qey­ri­­-rəsmi (gizli) formada həyata keçirilə bilər. Rəsmi S. hakimiyyət tərəfindən xüsusi olaraq yara­dılmış orqanlar vasitəsilə tətbiq edilən dövlət S.-sıdır. Dövlət S.-sı diktaturalara və avtoritar rejimlərə xasdır. Lakin bəzi hallarda, məsələn, müharibə vaxtı demok­ratik ölkələrdə də müvəqqəti S. yeridilə bilər. Qeyri-rəsmi S. ayrı-ayrı ­na­zirliklər, monopolist kommersiya təş­ki­lat­la­rı, hətta rəhbər vəzifəli şəxslər tərə­findən tətbiq olu­nur, informasiyanın ya­yılmasına qeyri-qanuni qadağalar qoymaqla, iqtisadi, tex­niki, yaxud birbaşa zorakı üsullarla həyata keçirilir; məsələn, KİV-in istehsal və yayı­mını nəzarətə götürərək, satışına əngəllər törə­dərək onun müflisləşdirilməsi – iqtisadi S., saytlara girişin məhdudlaşdırılması, radio və televiziya yayımına süni maneələr ya­radılması isə texniki S.-dır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti