1. Çap KİV-də və internet- mediada redaksiyanın bütün fəaliyyətinə rəhbərlik edən məsul şəxs.
B.R. istehsalat-yaradıcılıq prosesini təşkil edir, bu prosesin bütün mərhələlərinə nəzarəti həyata keçirir. «B.R.» və «B.R.-un səlahiyyətləri» maddələri 2001-ci ildə KİV haqqında qanunvericilikdən çıxarılıb, lakin onun əsas hüquq və vəzifələri, o cümlədən təsisçi ilə münasibətləri, konkret məsuliyyəti müvafiq normativ aktlarda öz əksini tapıb. Azərbaycanda mətbu nəşrin B.R.-u vəzifəsinə yalnız ali təhsilli ölkə vətəndaşı seçilə, yaxud təyin oluna bilər.
2. Teleradio təşkilatında yaradıcılıq prosesinə rəhbərlik edən, verilişlərin (proqramların) yayımına icazə verən məsul şəxs.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti