Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

çap

1. Rəngin xüsusi formalardan mexaniki üsulla maddi daşıyıcı (kağız, parça və s.) üzərinə köçürülməsi texnologiyası və pro­sesi.

Yüksək tiraja malik nəşrlər (kitab, qəzet, jurnal və s.) mətbəələrdə bu tex­nologiya üzrə hazırlanır. Ofset Ç.-ı, yük­sək Ç., trafaret Ç.-ı kimi müxtəlif mexaniki Ç. üsulları mövcuddur. 

2. İnformasiyanın tozlandırma, şüalandırma, termik təsir üsul­ları ilə elektron formatdan maddi da­şıyıcı üzərinə köçürülməsi texnologiyası və prosesi; məs.: lazer Ç-ı, rəqəmsal Ç. və s.

Bu texnologiya həm kütləvi tirajların, həm də tək-tək nüsxələrin (disklərin, mətn səhifələrinin) hazırlanması üçün yararlıdır. 

3. Təsvirin, mətnin surətinin fotoqrafiya üsulu ilə neqativdən maddi daşıyıcının üzə­rinə köçürülməsi texnologiyası və pro­sesi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti