ər. məarif – elm, bilik
Bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyət, jurnalistikanın əsas funksiyalarından biri.
Jurnalistikanın M. funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, əhaliyə məlumat verməklə yanaşı, həm də bu məlumatlardan istifadə etmək üçün insanlara gərəkli biliklərin və mədəniyyətin daşıyıcısı olmalıdır.
Jurnalistika terminləri lüğətiŞəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində onun əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, öz hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, habelə hüququ pozulmasaydı, adi şəraitdə əldə edə biləcəyi gəlirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, M.Z. real zərərdən və əldən çıxmış faydadan ibarətdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. maquette < ital. maccietta – eskiz, model
1. Çap mediasında və poliqrafiyada – üzərində mətn qrankaları və illüstrasiyaların basma surətləri yapışdırılmış, gələcək nəşrin formatına uyğun vərəqlər.
2. Qəzetin, jurnalın, kitabın sınaq nüsxəsi.
3. Televiziyada – çəkilişin natura obyektlərini lentə almaq mümkün olmadıqda onların pavilyonda, yaxud studiyada müəyyən ölçüdə quraşdırılmış modeli, təsviri.
Obyektin qeyri-təbiiliyi ekranda nəzərə çarpmamaq üçün M. mümkün qədər dəqiq, detallı, miqyaslara uyğun olmalıdır.
4. Bir şeyin kiçik nümunəsi, dekorasiyanın, studiyanın həcm-fəza təsviri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. machina – mexanizm, qurğu, konstruksiya
Hərfləri, rəqəmləri, digər işarələri ardıcıllıqla informasiya daşıyıcısı, əsasən, kağız üzərində çap edən mexaniki, elektromexaniki və ya elektron-mexaniki cihaz.
Bunun üçün M. üstündə hərf, rəqəm və işarələr qeyd olunmuş xüsusi düymələr sistemi (klaviatura) ilə təchiz edilir. M. XVIII əsrdə ixtira edilib, XIX–XX əsrlərdə ondan mətnlərin azsaylı nüsxələrinin çapında geniş istifadə olunub, hazırda M. fərdi bilgisayarla əvəzlənib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. machina – mexanizm, qurğu, konstruksiya
Çap makinasında sürətli və keyfiyyətli yığımı həyata keçirən mütəxəssis.
XIX–XX əsrlərdə M.-lar hazırlayan texniki peşə məktəbləri, kurslar fəaliyyət göstərib, klaviaturaya baxmadan gözübağlı çap edən M.-ların Amerika və Avropa çempionatları, dünya müsabiqələri keçirilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətimedia nəzəriyyəçisi Maklüenin adından
Rabitə və ünsiyyət vasitələrinin cəmiyyətin inkişafında həlledici rolu barədə konsepsiya.
İdeyanın əsasını «kommunikasiya vasitəsi özü məlumatdır» tezisi təşkil edir. Kanadalı sosioloq və media nəzəriyyəçisi Marşall Maklüenin adı ilə bağlı olan bu konsepsiyaya görə, cəmiyyətin inkişafı ictimai-iqtisadi formasiyaların (feodalizm, kapitalizm və s.) bir-birini əvəzləməsi ilə deyil, kütləvi ünsiyyət, xüsusilə elektron kütləvi informasiya vasitələri sahəsində tərəqqi ilə şərtləndirilir və məhz bu tərəqqi insana ətraf mühiti qlobal miqyasda dərk etmək, ona təsir göstərmək imkanı verir.
Jurnalistika terminləri lüğətiing. muckraker – çirkab təmizləyən
Dövlət qurumlarında rüşvət və korrupsiya hallarını ifşa edən, cəmiyyətə açıqlayan jurnalist.
M.-lər şərti olaraq «çirkab təmizləyən jurnalistika» adlandırılan araşdırma janrında materiallar hazırlayır, faktları toplayarkən detektivlərin istifadə etdikləri üsullardan yararlanırlar. Bu janr XIX əsrin sonlarında – XX əsrin əvvəllərində ABŞ-da formalaşıb. İlk M.-lər ölkənin bəyan etdiyi demokratik prinsiplərlə həyat reallıqları arasındakı ziddiyyətləri görür və kəskin tənqidi çıxışları ilə həmin fərqin aradan qaldırılmasına çalışırdılar. Termini ilk dəfə 1906-cı ildə ABŞ prezidenti Teodor Ruzvelt öz çıxışında işlədib. O, M.-ləri «təzək kürümək üçün bellə daim çirkab təmizləyən və başının üstündəki parlaq göy qübbəsini görməyən» ədəbi qəhrəmana bənzədib və deyib: «Çirkab təmizləyənlər çox vaxt cəmiyyət üçün gərəklidirlər, amma bir şərtlə ki, nə vaxt çirkabda eşələnməyin kifayət etdiyini bilsinlər».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş» + yun. phone – səs
Səsi maqnit daşıyıcıya (adətən, maqnit lentinə) yazan və sonra canlandıran qurğu.
M.-ların professional (studiya yazıları, reportajların hazırlanması üçün) və məişət, bircığırlı və çoxcığırlı, monofonik və stereofonik kimi növləri olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş» + lat. lintea – kətandan düzəldilmiş
Qeyri-maqnit kütlədən (adətən, plastmasdan) nazik elastik lent formasında hazırlanmış informasiya daşıyıcısı.
M.L.-nin səthi nazik maqnit təbəqəsi ilə örtülür. İnformasiya M.L.-nin üzərinə maqnit yazısı vasitəsilə həkk olunur. M.L.-ndən səs və video yazılışı proseslərində, hesablama texnikasında, avtomatikada və s. sahələrdə istifadə edilir.
Jurnalistika terminləri lüğətiyun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş»
İnformasiyanın maqnit lentinin (məftilinin və s.) səthinə yazılmasını, həmçinin oradan oxunmasını təmin edən sistem.
Maqnitofonun (diktofonun) mikrofonu səsi elektrik impulslarına çevirir, lent həmin siqnalları mikrofondan qəbul edən elektromaqnitin qarşısından keçir və elektromaqnit induksiyası vasitəsilə lentin səthindəki maqnit təbəqəsində impulslara uyğun ardıcıl dəyişikliklər baş verir. Yenidən canlandırma zamanı əks çevrilmə prosesi gedir. Qeydə alınmış dəyişikliklərdən müvafiq informasiya siqnalları hasil olunur və səs gücləndiricisinə ötürülür. M.Y.-ndan səslə birlikdə təsvirin (videomaqnitofon), ölçü, idarəetmə, hesablama siqnallarının və s.-nin yazılması üçün də istifadə edilir.
Jurnalistika terminləri lüğəti